Süni intellekt sizin nəzarətinizdə. Məlumat sizdə qalır.
Abasoft Azərbaycan dili üçün yerli süni intellekt platformasıdır: nitqin tanınması (ASR), nitq sintezi (TTS), söhbət AI və Banx kimi ixtisaslaşmış agentlər. NLP sahəsində 16 illik təcrübəsi olan yerli mütəxəssislər tərəfindən hazırlanan sistem müştərinin öz infrastrukturunda qurulur: səs, mətn və sənədlər təşkilatın şəbəkəsindən kənara çıxmır.
Süni intellekt dövründə ən böyük risk məlumatın özüdür
Süni intellekt işi sürətləndirir, amma onu ictimai xidmətlər üzərindən işlətmək təşkilatın ən həssas məlumatını başqasının serverinə göndərmək deməkdir. Əməkdaş müqaviləni, müştəri siyahısını və ya daxili hesabatı xülasə üçün çat-bota yapışdıranda o mətn artıq təşkilatın nəzarətindən çıxır. Belə hallar dünyanın iri şirkətlərində artıq baş verib və bir çoxu əməkdaşlarına ictimai AI xidmətlərini qadağan edib.
Məlumat xaricə gedir
Sorğu, sənəd və səs yazısı başqa ölkədəki serverdə işlənir və orada saxlana bilər. Hansı qaydalarla saxlandığını və kimin çıxışı olduğunu təşkilat yoxlaya bilmir.
Başqa yurisdiksiya
Xarici serverdəki məlumata həmin ölkənin qanunları tətbiq olunur. Bank sirri, fərdi məlumatlar və dövlət sirri üçün bu, qəbuledilməz riskdir.
Asılılıq
Xarici xidmət qiyməti dəyişə, girişi məhdudlaşdıra və ya sadəcə dayana bilər. Kritik proses başqasının qərarından asılı qalır.
Konfidensiallıq arxitekturadan başlayır
Abasoft vədlərə yox, quruluşa əsaslanır: modellər təşkilatın öz serverində işləyir, ona görə məlumatın kənara çıxması üçün sadəcə yol yoxdur. Bank və dövlət qurumları üçün bu, süni intellektdən istifadənin şərtidir.
Tam yerli qurulum (on-premise)
Bütün modellər müştərinin serverində və ya onun seçdiyi yerli data-mərkəzdə qurulur. İnternetdən təcrid olunmuş şəbəkədə də işləyir; veb-axtarış kimi xarici alətlər istəyə görə tam söndürülür.
Nəzarət sizdədir
İstifadəçilər, giriş hüquqları, API açarları, loglar və model versiyaları təşkilatın öz idarəsindədir. Kim nəyi nə vaxt soruşub - yalnız sizin bazanızda saxlanılır.
Bank və dövlət üçün
Bank sirri, fərdi məlumatlar və xidməti məlumatlarla işləyən qurumlar AI-dan məlumatı kənara çıxarmadan istifadə edir: müştəri zəngləri, daxili sənədlər, vətəndaş müraciətləri.
Öz GPU-larınızda
Böyük dil modeli və nitq sintezi müştərinin GPU serverlərində işləyir. Güc artdıqca platforma eyni yerdə genişlənir - məlumat yenə çölə çıxmır.
Azərbaycan dilini və yerli konteksti bilən komanda
Qlobal modellər Azərbaycan dilini ikinci dərəcəli dil kimi görür: tələffüz, şəkilçilər, rəqəmlərin oxunuşu, yerli terminlər və qanunvericilik onlarda zəif təmsil olunur. Komandamız 16 ildir Azərbaycan dilinin emalı ilə məşğuldur və bu təcrübə hər məhsulun içindədir.
Dilin incəlikləri
Rəqəmlər, tarixlər, ixtisarlar düzgün oxunur; alınma sözlərdə qalın "k" kimi tələffüz xüsusiyyətləri ayrıca lüğətlə idarə olunur.
Yerli məzmun
Agentlər Azərbaycan qanunları, Mərkəzi Bankın sənədləri və təşkilatın öz qaydaları üzərində qurulur, cavabda maddəyə istinad edir.
Yaxın dəstək
Qurulum, uyğunlaşdırma və dəstək yerində, eyni dildə və eyni saat qurşağında. Tələbinizə görə dəyişiklik aylarla yox, günlərlə edilir.
Dörd məhsul, bir platforma
ASR Nitqin tanınması: danışıq → mətnSürətli və az resurs tələb edir +
- Sürətli və yüngül. Az resurs tələb edir: mövcud serverlərdə qurulur, qurulum və istismar xərci aşağıdır, yük artdıqca asanlıqla genişlənir.
- Canlı axın. Mətn yazı bitməsini gözləmədən, hissə-hissə ekrana gəlir.
- Söz-söz vaxt möhürü və punktuasiya. Mətndə sözə klik audionu həmin ana aparır; durğu işarələri və böyük hərflər bərpa olunur.
- Fayl, link və mikrofon. wav, mp3, m4a, flac, opus; nəticə TXT, SRT (altyazı) və JSON kimi endirilir. Hər şey REST API ilə də əlçatandır.
TTS Nitq sintezi: mətn → danışıqTəşkilatın öz diktor səsi ilə +
- Sizin səsiniz. Platforma müştərinin öz diktorunun, spikerinin səsi ilə qurulur - brendin tanınan səsi bütün kanallarda eyni səslənir.
- Səs klonlama. 3–15 saniyəlik nümunə kifayətdir; nümunəni birbaşa mikrofonla, ekrandakı cümləni oxuyaraq yazmaq olur.
- Təbii Azərbaycan nitqi. Rəqəmlər, tarixlər, ölçü vahidləri və ixtisarlar sözlə, düzgün tələffüzlə oxunur.
- Sürətli. Mətn cümlə-cümlə səsləndirilir: ilk cümlə hazır olan kimi oxunmağa başlayır, qalanı arxasınca gəlir.
AI Söhbət köməkçisiDanışaraq soruşun, səslə cavab alın +
- Azərbaycan dilində. Böyük dil modeli sualı anlayır, cavabı yazıldıqca ekrana axıdır; söhbətlər istifadəçinin hesabında qalır.
- Tam səsli dialoq. ASR ilə danışaraq soruşmaq, TTS ilə cavabı dinləmək olur - üç məhsul bir yerdə işləyir.
- Alətlər. Lazım olanda veb-axtarış edir, səhifələri oxuyur, rəsmi məzənnə və hava məlumatını gətirir; mənbələri göstərir.
- Yerli model. Müştəri qurulumunda model təşkilatın GPU-sunda işləyir; daxili yazışmanı, hesabatı, müqaviləni rahatlıqla ona vermək olar.
Banx Bank sahəsi üzrə agentHər cavabda qanun və maddə +
- Yalnız öz sahəsi. Banklar, BOKT-lar, kredit ittifaqları, əmanətlərin sığortalanması və Mərkəzi Bank haqqında qanunlara əsasən cavab verir; mövzudan kənar suallara cavab vermir.
- Mənbə ilə. Cavabda qanunun adı və maddəsi göstərilir, keçid rəsmi sənədə aparır - hər cümləni yoxlamaq olur.
- Uydurmur. Sənədlərdə olmayanı "bu mənbələrdə yoxdur" deyir; rəqəm və müddətləri yalnız qanundan götürür.
- Sadə dillə izah. Əvvəl birbaşa cavab, sonra praktikada nə demək olduğu və nümunə - hüquqşünas olmayan müştəri üçün.
Banx yalnız başlanğıcdır
Banx-ın arxasındakı texnologiya istənilən sahəyə tətbiq olunur. Təşkilatın sənədləri - qanunlar, təlimatlar, daxili qaydalar, məhsul kataloqları - sistemə yüklənir, agent yalnız onlara əsaslanaraq cavab verir və hər dəfə mənbəni göstərir. Sənəd yenilənəndə agent də yenilənir; model yenidən öyrədilmir.
Səsli agent: çağrı mərkəzi tam yerli
Məhsullar ayrı-ayrılıqda da, birlikdə də işləyir. Birləşəndə müştəri ilə telefonda danışan agent alınır - və bütün zəncir təşkilatın içində qalır.
Use case-lər
Zənglərin analizi
Bütün müştəri zəngləri mətnə çevrilir; şikayətlər, vəd edilən şərtlər və skriptdən kənara çıxma avtomatik tapılır. Yazılar bankdan çıxmır.
Əməkdaş köməkçisi
Filial əməkdaşı qaydanı axtarmaq əvəzinə agentdən soruşur: "Bu müştəriyə hansı sənədlər lazımdır?" - cavab daxili təlimatın bəndi ilə gəlir.
Vətəndaş müraciətləri
Telefon və səsli müraciətlər mətnə çevrilir, mövzuya görə qruplaşdırılır, cavab layihəsi qanunvericiliyə istinadla hazırlanır.
İclas və protokollar
İclas, müşavirə və məhkəmə dinləmələri avtomatik stenoqrama çevrilir, xülasəsi və qərarlar siyahısı hazırlanır - qapalı şəbəkədə.
Həkim diktəsi
Həkim müayinəni danışaraq qeyd edir, sistem tibbi qeydi strukturlaşdırır. Pasiyent məlumatı xəstəxanadan kənara çıxmır.
Altyazı və audio
Video arxivlərə altyazı, mühazirələrə mətn, dərsliklərə audio versiya - görmə və eşitmə məhdudiyyətli insanlar üçün əlçatanlıq.